29 Tem 09:39Siyasət

Azərbaycan nümunəsi

Azərbaycan nümunəsi İlham Əliyevin pandemiyaya qarşı effektiv mübarizə strategiyası uğurlu nəticələr verir

Bu ilin artıq yeddinci ayını da dünya yeni tip koronavirusla mübarizədə başa vurmaq üzrədir. 2020-ci il başlayandan bəşəriyyət gözəgörünməz virusla, COVID-19-la, sözün əsl mənasında, savaşa atılıb.
Dünyanın gərdişini, insan oğlunun həyat tərzini dəyişən qlobal pandemiyaya qarşı bütün ölkələr, dövlətlər aylardır səfərbər olub. Amma təəssüf ki, hələ də bu savaşda COVID-19 adlı bəla irəlidədir. Dünya dövlətləri bütün səylərini qlobal problemə çevrilmiş koronavirus infeksiyası ilə mübarizəyə və profilaktika tədbirlərinə yönəltsə də, pandemiyanın qarşısını almaq hələ də mümkün deyil. Çinin Uhan şəhərində "ayaq açıb” planetin 213 ölkə və bölgəsinə yayılan koronavirus ümumilikdə 16 milyona yaxın insana yoluxub, 650 minə qədər insanın isə həyatına son qoyub.

İlkin mərhələdə dövlətin həyata keçirdiyi qabaqlayıcı tədbirlər ölkəni böyük fəlakətdən qorudu

COVID-19 infeksiyası yayılmağa başladığı ilk gündən Azərbaycanda bütün istiqamətlər üzrə qabaqlayıcı tədbirlər həyata keçirilməyə başlandı. Prezident İlham Əliyevin tapşırığına əsasən hələ yanvar ayından koronavirusun ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə zəruri qabaqlayıcı tədbirlərə start verildi. Profilaktik və təxirəsalınmaz qərarların həyata keçirilməsi üçün Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarından ibarət Operativ Qərargah yaradıldı. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrini və xəstəlik ölkəmizin sərhədlərinə yaxınlaşmazdan əvvəl problemin ciddiliyini nəzərə alaraq Azərbaycan dünyada öz sərhədlərini qapadan, bütün təhsil müəssisələrini bağlayan, idman yarışlarını təxirə salan ilk ölkələrdən oldu. Virusun geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində çevik və sistemli preventiv tədbirlərin davamı olaraq martın 14-dən sosial izolyasiya qaydaları tətbiq olundu, aprelin 5-dən isə xüsusi karantin rejimi elan edildi.
Birbaşa ölkə rəhbərinin ciddi nəzarəti və tapşırıqlarına əsasən pandemiyaya qarşı həyata keçirilən mühüm çevik və operativ tədbirlər infeksiyanın yayılmasını mümkün qədər məhdudlaşdırmağa və sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamağa imkan verdi, kütləvi yoluxmanın qarşısını aldı. Koronavirusla əlaqədar ilkin mərhələdə dövlətin həyata keçirdiyi qabaqlayıcı tədbirlər ölkəni böyük fəlakətdən qorudu. Qüdrətli dövlətlərin, inkişaf etmiş ölkələrin səhiyyə sisteminin belə aciz qaldığı bir dönəmdə Azərbaycan COVID-19-la mübarizəni bütün sahələrdə uğurla davam etdirən və müsbət nəticələr qazanan ölkələr sırasında yer aldı. Prezident İlham Əliyevin vətəndaşların sağlamlıqlarının qorunmasına yönəlmiş məqsədyönlü strategiyası hətta beynəlxalq qurumlar tərəfindən də təqdir edildi. ÜST bu sahədə respublikamızda atılan addımları təqdir edərək, görülmüş işlərə yüksək qiymət verdi, ölkəmizin təcrübəsini digər ölkələrə nümunə göstərdi.

Koronavirusla mübarizədə Azərbaycanın tibbi resursları kifayət qədərdir

Dövlət başçısının tapşırığına uyğun olaraq, ilk növbədə, ölkə səhiyyəsi koronavirusla səmərəli mübarizə üçün tələb olunan standartlara uyğunlaşdırıldı. Hökumətin intensiv və düzgün fəaliyyəti sayəsində səhiyyə infrastrukturu pandemiya ilə mübarizəyə istiqamətləndirildi, aidiyyəti dövlət qurumlarının fəaliyyəti bacarıqla əlaqələndirildi. Ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün yeni, ən müasir standartlar səviyyəsində olan əlavə tibbi laboratoriyalar alındı, diaqnostik alətlər, tibbi avadanlıq və ləvazimatlar, qoruyucu vasitələr vaxtında ölkəyə gətirilərək tibb müəssisələrinə təhvil verildi. Virusun diaqnostikası üçün tibb müəssisələrində dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir laboratoriya sistemləri quruldu, onlar Avropa ölkələrinin buraxdığı testlərlə təchiz edildi.
Paytaxt və regionlarda xüsusi rejimli xəstəxanalar və karantin zonaları yaradıldı. Xüsusi rejimli xəstəxanalar müvafiq dərman və qoruyucu vasitələrlə təmin olundu, hər bir karantin zonasına tibb müəssisələrinin rəhbərləri, həkim və orta tibb heyəti ezam edildi, virusla mübarizədə digər dövlətlərdəki həkim-ekspertlərlə təcrübə mübadiləsi aparıldı. Ölkədəki tələbatı qarşılamaq məqsədi ilə qoruyucu və dezinfeksiya vasitələrinin istehsalı təşkil olundu və bu sahədə olan problem aradan qaldırıldı. Qısa müddətdə 20-dən artıq xəstəxana, o cümlədən ən müasir standartlara cavab verən "Yeni klinika” koronavirus xəstələrinin ixtiyarına verildi.
Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumlarla COVID-19 virusu ilə mübarizə çərçivəsində sıx əməkdaşlıq quruldu. Ümumdünya Səhiyyə Təşkilatının Bakı ofisi və Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan xəstəxanalarında COVID-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün REACT-C19 layihəsi həyata keçirildi. 19 mütəxəssis Türkiyədə təlim keçərək ölkədəki xüsusi rejimli xəstəxanalarda fəaliyyətə başladı. Prezident İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha göstərişinə uyğun olaraq, bir müddət öncə yeni növ koronavirusla mübarizə sahəsində çalışan Türkiyə, Rusiya, Kubadan mütəxəssislər də Azərbaycanda səfərdə olub, təcrübə mübadiləsi apardılar.
Dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən, bölgələri də əhatə etməklə ölkədə 10 modul tipli xəstəxananın quraşdırılmasına başlandı. Onlardan beşi - ikisi Bakıda, biri Sumqayıtda, biri Gəncədə, biri Abşeron rayonunda artıq fəaliyyətdədir.
Azərbaycan dövlətinin koronavirus pandemiyasının yayıldığı ilk günlərdən onunla mübarizə istiqamətində atdığı çox mühüm addımlar sırasında modul tipli xəstəxanaların yaradılması böyük əhəmiyyət daşıyır. Belə modul tipli xəstəxanaların istifadəyə verilməsi koronavirusa yoluxanların lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetmədə və tibbi əlaqələndirmənin təmin edilməsində böyük rol oynayır. Bu xəstəxana kompleksləri ölkənin səhiyyə sisteminə əlavə 2000 çarpayılıq ehtiyat yaradır. Bir ay ərzində istifadəyə veriləcək daha bir modul tipli xəstəxana 1300 yerlik olacaq. Xəstəxanaların tez bir zamanda inşa edilməsi göstərir ki, Azərbaycan hətta seytnot vəziyyətdə lazımi addımları ata bilər.
Bundan başqa, əlavə on modul tipli xəstəxananın da tikintisi nəzərdə tutulur. Bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 6-da Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında bildirmişdi.
Hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar. O xəstəxanalardan 36-sı son illərdə inşa edilib. Martda istifadəyə verilmiş "Yeni klinika”da 350 xəstə müalicə alır. Qısa müddət ərzində orada çarpayı sayının 700-750-yə çatdırılması nəzərdə tutulur. Beləliklə, ehtiyac yaranacağı təqdirdə 5 mindən çox xəstənin yerləşdirilməsi üçün potensial mövcuddur.
Yaxın vaxtlarda ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün əlavə yeni laboratoriyalar fəaliyyətə başlayacaq. Fevral ayında Azərbaycanda cəmi altı laboratoriya mövcud olduğu halda, indi onların sayı 29-a çatıb və daha 15 yeni laboratoriya sifariş edilib. Bununla da laboratoriyaların sayı 44-ə çatacaq. Bu günə qədər ölkədə təqribən 700 minə qədər test aparılıb və adambaşına düşən testlərin sayına görə Azərbaycan dünyada ön sıralardadır.
Koronavirusla mübarizədə Azərbaycanın tibbi resursları kifayət qədərdir. Evdə və ya xəstəxanada olmasından asılı olmayaraq, ölkədəki bütün COVID-19 xəstələrinin müalicəsi dövlət hesabına həyata keçirilir. Bunun üçün ölkədə lazımi qədər dərman ehtiyatı da var.

Ölkə rəhbəri və Birinci vitse-prezident hər bir vətəndaşın sağlamlığına diqqətlə yanaşır

Azərbaycanda virusla mübarizə hələ də qətiyyətlə davam etdirilir. Qlobal böhrandan minimum itkilərlə çıxmaq üçün bütün qüvvələr COVID-19-a qarşı səfərbər edilib. Mərhələli şəkildə həyata keçirilən təsirli tədbirlər sayəsində demək olar ki, yeni növ koronavirus ölkəmizdə nəzarət altındadır. Mütəmadi olaraq epidemioloji vəziyyət dəyərləndirilir, vəziyyətə uyğun addımlar atılır. Lakin xatırladaq ki, mayın əvvəlindən həyata keçirilən yumşalma tədbirlərini bir çox vətəndaşlar infeksiyanın yox olması kimi anlayaraq, qoyulan qaydalara riayət etmədi, sosial məsafə saxlanılmadı, maska taxılmadı, nəticədə iyun ayının ortalarından koronavirus ölkə ərazisində sürətlə yayılmağa başladı, gündəlik təsdiq edilmiş yoluxma hallarının sayı 500-ü ötdü, virus qurbanlarının sayı çoxaldı. Ölkədəki epidemioloji vəziyyət qənaətbəxş olmadığı üçün də xüsusi karantin rejimi yenidən sərtləşdirildi. Artıq iki həftədir ki, bu qərarın müsbət nəticəsini görürük. Əldə olunan müsbət dinamika nəticəsində virusa yoluxma hallarının ikiqat artımının qarşısı alınıb, gündəlik yoluxma sayı sabitləşib, əvvəlki mənfi tendensiya aradan qalxıb. İyulun 13-dən isə koronavirus infeksiyasından sağalanların sayında müsbət dinamika müşahidə olunur. Sağalan xəstələrin sayı gündəlik yoluxma hallarını üstələyir. Aktiv koronavirus xəstələrinin sayı 7 mindən aşağı düşüb. Koronavirusla əlaqədar reanimasiya şöbəsində müalicə alan və süni tənəffüs cihazına qoşulan xəstələrin də sayı azalıb.
İlk gündən etibarən ölkəmizdə virusdan sağalanların sayının yüksək olmasında, ağır xəstələrin həyata qaytarılmasında həkimlərin, tibb işçilərinin fədakar əməyi danılmazdır. Məhz onların sayəsində 22 mindən çox vətəndaşımız təhlükəli bəladan qurtulub. Həkimlərimizin virusa qarşı mübarizəsi, vətəndaşlarımızın sağalması uğrunda fədakarlıq etmələri dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Dövlət başçısı və Birinci vitse-prezident Mehriban Əliyeva hər bir vətəndaşın sağlamlığına diqqətlə, həkimlərin səhhətinə isə xüsusi həssaslıqla yanaşırlar. Xüsusi rejimli xəstəxanalarda pandemiya ilə mübarizə aparan bütün həkimlərin səhhəti Mehriban Əliyevanın tapşırığına əsasən, daim diqqət mərkəzində saxlanılır.

Müsbət dinamika düzgün qərarların nəticəsidir

Əminliklə demək olar ki, İlham Əliyevin pandemiyaya qarşı effektiv mübarizə strategiyası uğurlu nəticələr verir. Ölkədə koronavirusla bağlı müsbət tendensiya əldə olunub. Bu da məhdudiyyətlərin tətbiqinin, karantinin sərtləşdirilməsinin düzgün qərar olduğunu deməyə əsas verir. Son günlər qeydə alınan müsbət dəyişikliklər atılan addımların düzgün olduğunu göstərir.
Hazırda əsas şərt əldə olunan bu müsbət dinamikanı qoruyub saxlamaqdır. Sərt karantin rejiminin yenidən uzadılması məhz pandemiyanın təsirinin daha da zəiflədilməsinə, yoluxma zəncirini mümkün olduğu qədər qırmağa hesablanıb. Yoluxma sayı azalsa və sərt karantin rejimində bəzi məhdudiyyətlər aradan qaldırılsa da, arxayınlaşmaq hələ tezdir. Cüzi laqeydlik, məsuliyyətsizlik çəkilən bu qədər zəhmətin hədər getməsinə, yoluxma sayının yenidən artmasına səbəb ola bilər. Ona görə də mübarizəni sonacan aparmalı, xüsusi karantin rejiminin qaydalarına bundan sonra da ciddi əməl etməliyik.
Pandemiyanın ilk günlərindən hazırkı dövrə qədər onun qarşısının alınması üçün dövlət tərəfindən bütün lazımi addımlar atılıb. Bununla əlaqədar görülən bütün işlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədini daşıyıb. Bu gün Azərbaycan dövləti üçün ən prioritet məsələ vətəndaşlarının koronavirus infeksiyasından qorunmasıdır. Dövlət tərəfindən qəbul edilən bütün qərarların arxasında məhz əhalinin sağlamlığı, rifahı, təhlükəsizliyinin təmini dayanır. Ölkəmiz qlobal təhlükənin öz əhalisinə təsirini mümkün qədər minimuma endirmək üçün ən səmərəli tədbirlər həyata keçirir. Vətəndaşlar da öz növbəsində bu tədbirlərə dəstək məqsədilə karantin qaydalarına riayət etməlidirlər. Hər kəs ailəsini, yaxınlarını düşünərək maksimal dərəcədə anlayışlı olmalı, qoyulan tələblərə, verilən tövsiyələrə etinasız yanaşmamalı, gigiyenik qaydalara riayət etməli, maska taxmalı, sosial məsafəni saxlamalı, ehtiyac olmadıqda evdən çıxmamalıdır. Yalnız bu zaman biz virusa birgə qalib gələ bilərik.

Xəyalə MURADLI,
"Azərbaycan”
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Azərbaycanın neft-qaz strategiyası möhkəm dayaqlara əsaslanır 14:23Sabah bu rayonlarda yağış, dolu gözlənilir - PROQNOZ 13:51“Barselona”nın futbolçusu koronavirusa yoluxdu 13:48Minik maşını traktora çırpıldı: ölən var 13:45Bakının qızıl bazarı: Toy yox, alıcı yox...amma qiymət qalxır 13:42Sosial şəbəkələrdəki işgəncə fotoları ilə bağlı daha bir RƏSMİ MƏLUMAT 12:26Qəbul imtahanında iştirak edə bilməyənlərin NƏZƏRİNƏ 12:20"Qalatasaray" sabiq futbolçusunu qaytardı 12:17"Bəzi şəxslər Nəcməddin Sadıkova qarşı kampaniyanın önündə gedir" - MN 11:53Tanınmış jurnalist vəfat etdi 11:47Trampın brifinqində "silahlı" insident: dərhal güllələndi 11:42“Canavar” ləqəbli narkotacir saxlanıldı 11:37Ramiz Alıyev: “Polisə qarşı qarayaxmaları “5-ci kalon” idarə edir” 11:32Cavid Zeynallının kitabı Türkiyədə çap olundu 11:27Dərslərə yalnız bu halda başlamaq olar - BAŞ İNFEKSİONİST 11:14"İmişli uzun illərdir problemlər içində çabalayır" 10:53"Deyirlər, yaşın keçib, qocalmısan" - Xalq artisti 14:13Şəbnəmin 22 yaşlı xalası oğlu özünü asıb: "Borcu var imiş" 14:07Rusiyada dərslər bu tarixdə başlayacaq 13:48Keçmiş futbolçu meydanda hakimi döydü 13:42"Qarabağ münaqişəsinin həlli yolları bəllidir" - Ceyhun Bayramov 13:39"Həmsədrlər münaqişənin həlli üçün səmimi səy göstərmirlər” - Çavuşoğlu 13:36Restoran və kafelərin fəaliyyəti üçün YENİ QAYDALAR 13:34Bələdiyyə əməkdaşı cərimələndi 13:08Koronavirusa qarşı ilk peyvənd qeydiyyatdan keçdi 13:04Bağlanmış banklarda bloklanmış əmanətləri olanlara ŞAD XƏBƏR 13:00Təbiətə ziyan vuran şirkət cəzalanıb 11:18Serbiya Baş Nazirinin müavini və Azərbaycan nümayəndələri arasında görüş keçirilir 11:12Ermənistan atəşkəsi 29 dəfə pozdu 11:08Avropa Liqası: Bu gün daha 2 yarımfinalçı müəyyənləşəcək 11:04Trampı çıxış etdiyi zaman QƏFİL APARDILAR - VİDEO 11:01Bəd nəzərin varlığı TƏSDİQLƏNDİ: Bu şəxslərdən uzaq durun 10:562020-ci ilin büdcəsinə dəyişikliklər yeni iqtisadi çağırışlara əsaslanır (MÜSAHİBƏ) 10:46Azərbaycan iqtisadiyyatı liberallaşma nəticəsində öz potensialını daha da gücləndirəcəkdir 16:20Evdə müalicə alan xəstələrlə bağlı VACİB AÇIQLAMA 14:30Sabah hava necə olacaq? 14:28Azərbaycana daxil olan xarici yük daşıyıcıları ilə bağlı qanun hazırlanacaq 14:25Prezident İlham Əliyev Lukaşenkonu təbrik etdi 14:02Beyləqanda yas mərasimi keçirənlər cərimələndi 14:00Saatlıda karantin qaydalarının tələblərinin pozulduğu kafe aşkar edilib 12:52Gələn həftə Məhərrəm ayı başlayır 12:50Həbib onunla döyüşə hazırlaşır 12:46Havanı çirkləndirən sexin sahibi cəzalandı 12:44Peşə təhsili müəssisələrinə qəbul başladı 12:42Millət vəkili seçicilərinə 6 aylıq fəaliyyəti barədə hesabat verdi - 4300 seçicini dinlədi 12:23Sərt karantin rejimi yumşaldıldı: mağazalar və bu iş yerləri açıldı - SİYAHI 11:54Bir sıra sahələrdə işçi sayı məhdudiyyətləri ləğv olundu 11:50Rayonlara gediş-gəliş QAYDALARI DƏYİŞDİ: Bu gündən ETİBARƏN... 11:45Prezident seçkilərinin ilk rəsmi nəticələri açıqlandı - Lukaşenko... 11:41Son bir həftədə koronavirusa yoluxma sayı belə azaldı 11:34Erməni əsilli livanlılar işğal olunmuş ərazilərə köçürülür? - XİN-dən münasibət 13:32Baş nazirdən XƏBƏRDARLIQ: Yoluxmalara görə məsuliyyət sahibkarların üzərinə düşəcək 13:29Əməkdar artist ilk sevgisindən danışdı 13:25“Keşlə” baş məşqçi ilə müqaviləni uzatmadı 13:22Balıq yemək nə zaman təhlükəlidir? 13:19Həftənin ilk günü hava belə olacaq - PROQNOZ 13:14Gecikdirilmiş kreditlərə görə cərimə yazılmasına RƏSMİ AÇIQLAMA 13:11Prokurorluq Tovuzda törədilən qətl barədə məlumat yaydı 13:02Gürcüstanda atışma olub, ölən və yaralananlar var 12:57Xüsusi təyinatlılar təlimdə 12:53İndi bütün Azərbaycanın gözü bizdədir ki, bu dəyişikliklər onların həyatında nələri dəyişəcək 12:46Azərbaycana şöhrət gətirən rənglər 13:56Azərbaycan çempionatı bu tarixdə başlayacaq 13:50Qonşu ölkədə dövlət bayraqları endirildi 13:47“Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxs yaradıldı 13:44Rayonlara sərnişin daşıyan sürücü saxlanıldı 13:40Təhsil naziri ali məktəb rəhbərləri ilə görüşdü: NƏLƏR DANIŞILIB? 13:32Mikayıl Cabbarov sahibkarlarla görüşdü 13:25