29 Haz 16:16Siyasət

MİLLİ MƏCLİSİN İCLASINDA

MİLLİ MƏCLİSİN İCLASINDA İyunun 29-da Milli Məclisin növbədənkənar sessiyasıının növbəti iclası keçirildi. Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki, gündəliyə 17 məsələ daxil edilib.
Spiker diqqətə çatdırdı ki, birinci məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsidir. Sədr bildirdi ki, son vaxtlar ölkəmizdə Koronavirus (Covid-19) infeksiyasına tutulanların sayında xeyli artım baş vermişdir. Bunun əsas səbəblərindən biri də epidemiya əleyhinə rejimin sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə ciddi riayət edilməməsi, hətta bir sıra hallarda etinasızlıq göstərilməsidir. Bununla əlaqədar ictimaiyyətin, eləcə də, Milli Məclisin deputatlarının narahatlığını nəzərə alaraq, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi hazırlamışdır. Layihədə infeksiyanın yayılmasına qarşı tədbirlərin səmərəliliyini artırmaq məqsədi ilə cərimə sanksiyalarının sərtləşdirilməsi nəzərdə tutulub.
Spiker qeyd etdi ki, qanun layihəsində yalnız rəqəm dəyişikliyi nəzərdə tutulduğuna görə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun tələblərinə görə layihə bir oxunuşda qəbul ediləcək.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsini təqdim etdi. Bildirildi ki, qanun layihəsi Məcəllənin 211.1, 211.2 v. 211.3-cü maddələrində əksini tapmış inzibati tənbeh tədbiri növlərində cərimələrin miqdarının artırılmasını nəzərdə tutur.
Belə ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir.
Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasınınqarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir.
Xətanın bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir.
Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov qanun layihəsi ilə bağlı fikirlərini açıqladılar. Ölkəmizdə koronovirus infeksiyasi ilə mübarizə sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlər, dövlət tərəfindən vətəndaşlara göstərilən diqqət və qayğıdan danışdılar. Karantin rejiminə riayət edilməsinin vacibliyi vurğuladılar.
Qanun layihəsi səsə qoyularaq qəbul edildi.
Sonra “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) təqdim edildi. Regional məsələlər komitəsinin üzvü Kamran Bayramovlayihə barədə məlumat verərək bildirdi ki, dəyişikliklərdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən bələdiyyələrin yol verdiyi pozuntularla yanaşı, onları yaradan səbəb və şəraitin aradan qaldırılması, bələdiyyə aktlarına 15 iş günü müddətində baxılması, inzibati nəzarət icraatı zamanı dövlət orqanları və qurumlarına sorğuların göndərilməsi və məlumatların alınması təklif olunur. Habelə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın apardığı araşdırma zamanı bələdiyyələrin vəzifəli şəxslərindən, bələdiyyə qulluqçularından yazılı məlumatlar və arayışlar almaq hüququnun verilməsi nəzərdə tutulur. Bu dəyişikliklər orqanın fəaliyyətinin təkmilləşdirilməsi, inzibati nəzarət icraatının daha səmərəli, dolğun və hərtərəfli şəkildə həyata keçirilməsi üçün şərait yaradacaqdır.
Qanun layihəsiüçüncü oxunuşda təsdiq edildi.
Daha sonra Hüquqsiyasətivədövlətquruculuğu komitəsinin üzvü Nizami Səfərov“İcra məmurları haqqında”qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş)sənəditəqdim etdi. Bildirildi ki, 2017-ci il 10 fevral tarixində Ədliyyə Nazirliyinin tərkibində Probasiya Xidməti yaradılmışdır.Bu xidmətin vəzifəsi cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına nəzarəti təşkil etməkdən ibarətdir. Qeyd edildi ki, bu məqsədlə cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin müəyyən faizinin Ədliyyə Nazirliyinin hesabına köçürülməsi təklif olunur. Müvafiq dəyişiklik xidmət əməkdaşlarının maddi və sosial müdafiəsinin gücləndirilməsi, xidmətin maddi-texniki təminatının yaxşılaşdırılması üçün nəzərdə tutulub.
Layihə səsə qoyularaq üçüncü oxunuşda qəbul edildi.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov İnzibati Xətalar Məcəlləsinə ediləcək dəyişikliklər haqqında (üçüncü oxunuş) məlumat verdi. Komitə üzvü qeyd etdi ki, təklif olunan dəyişikliklər “Telekommunikasiya haqqında” qanuna əsasən, telekommunikasiyaoperatorları və provayderlər tərəfindən hüquq mühafizə orqanlarının sorğularına cavabların gecikdirilməsinə və tələb olunan məlumatların təqdim edilməməsinə görətətbiqediləcək cərimələrin məbləğini və inzibati məsuliyyət növlərini özündə ehtiva edir.
Sənəd üçüncü oxunuşda qəbul olundu.
Bildirildi ki, növbəti üç məsələ ölkə Prezidenti tərəfindən bir məktubda daxil edilib. DeputatNizami Səfərov həmin məsələləri - Cəzaların İcrası, Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif edilən dəyişiklikləri (üçüncü oxunuş) şərh etdi. O, bildirdi ki, dəyişikliklər Ədliyyə Nazirliyinin Probasiya xidmətinin daha geniş tətbiqi məqsədi ilə aparılır. Belə ki, barəsində ictimai cəza və inzibati tənbeh qərarı çıxarılmış şəxslər də elektron nəzarət vasitəsi gəzdirəcək. Məhkəmə tərəfindən ictimai işlərə məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektronnəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur.
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova layihələrlə bağlı fikirlərini açıqladı, təkliflərini verdi.
Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edildi.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıqkomitəsinin sədri Tahir Mirkişili “Telekommunikasiya haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədi üçüncü oxunuşda təqdim etdi. Bildirildi ki, qanunda “az” ölkə kodlu, yüksək səviyyəli domen adlarının tənzimlənməsinə dair müddəalar nəzərdə tutulub.
Qanun layihəsi üçüncü oxunuşda təsdiq edildi.
Qeyd edildi ki, gündəliyin növbəti iki məsələsi uyğunlaşdırma xarakteri daşıyır və bir oxunuşda qəbul ediləcək.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsində, “Prokurorluq haqqında”, “İcra məmurları haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “İcra haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında”, “Ələt azad iqtisadi zonası haqqında” və “Mediasiya haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim etdi.
Bildirildi ki, 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanunla "Məhkəmələr və hakimlər haqqında" Qanuna dəyişikliklər edilərək inzibati-iqtisadi məhkəmələr inzibati məhkəmələr adlandırılmış, bununla əlaqədar bu məhkəmələrin baxdığı işlər sırasından iqtisadi mübahisələrə dair işlər çıxarılmış, eləcə də kommersiya məhkəmələri yaradılmış və birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxılması bu məhkəmələrin səlahiyyətlərinə aid edilmişdir.
Layihə "İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamının 5.4-cü bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır.
Qanun layihəsi səsə qoyularaq qəbul olundu.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verdi.
Qeyd edildi ki, tikintidə dövlət nəzarətinin həyata keçirilməsinin spesifikliyini və bu məsələlərin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi və ona uyğun olaraq qəbul edilmiş normativ hüquqi aktlarla tənzimləndiyini nəzərə alaraq, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanun bu sahədə yoxlamaların aparılması məsələlərini ehtiva edir.
Təklif olunan qanun layihəsi tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara qeyd olunan qanunun 26-cı maddəsinin (məhsul nümunələrinin götürülməsi və onların tədqiqi ilə bağlı işlərin (xidmətlərin) dəyərinin ödənilməsi) tətbiqinə hüquqi əsaslar yaradır. Qanun layihəsi istehsal edilən və ya satılan (satış üçün nəzərdə tutulan) hər hansı inşaat məhsulunun və ya xammalın müəyyən edilmiş tələblərə uyğunluğunun yoxlanılması zamanı götürülən məhsul nümunələrinin dəyərinin ödənilməsi məsələlərini tənzimləməklə (götürülən məhsulun dəyərinin yoxlayıcının hesabına ödənilməklə), sahibkarların maraqlarının müdafiəsinə xidmət edir. Qanun layihəsi səsə qoyularaq qəbul edildi.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilibir zərfdə daxil olmuş növbəti dörd məsələ - Vergi Məcəlləsinə, “Notariat haqqında”, “Sosial sığorta haqqında” və “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” qanunlara təklif olunan dəyişikliklər barədə (ikinci oxunuş) məlumat verdi. Bildirdi ki, bu dəyişikliklər elektron icra, elektron notariat və elektron məhkəmə informasiya sistemlərinin genişləndirilməsi və bu sistemlər arasında məlumat mübadiləsinin labüdlüyü ilə bağlıdır.
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edildi.
Daha sonra ölkə Prezidenti tərəfindən bir məktubda daxil olmuş növbəti üç məsələyə baxıldı. Milli Məclis Sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli qanun layihələri barədə məlumat verdi.
Bildirildi ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Qrant haqqında” qanunlara təklif edilən dəyişikliklər həm uyğunlaşdırma, həm də rəqəmsal texnologiyanın inkişafı nəticəsində elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsi, həmçinin “Elektron imza və elektron sənəd haqqında” qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının elektron sistemindən istifadə zamanı sənədlərin əldə edilməsinin asanlaşdırılması məqsədini daşıyır.
Hər üç qanun layihəsi ayrı-ayrılıqda ikinci oxunuşda qəbul olundu.
Bununla da Milli Məclisin iclası başa çatdı.
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Kim haqlıdır, şər-böhtan yoxsa, halallıq? 23:19Bakıdakı kəskin iylə bağlı RƏSMİ AÇIQLAMA 16:07Modul tipli xəstəxanaların inşası pandemiya ilə mübarizədə mühüm əhəmiyyət kəsb edir 16:01Silahlı Qüvvələrimizin şərəfinə əbədləşdiriləcək addım 12:45Bu şəxslərin işləməsinə yenidən İCAZƏ VERİLDİ - RƏSMİ 12:34Bakıda gizli işləyən çay evi: müştərilər də cərimələndi 12:30Antalyada "oğru" toplantısı: "Şakro" ilə bağlı nə qərar verildi? 12:21REJİM POZUNTUSU: daha 305 avtomobil postlardan geri qaytarıldı 12:14Prezident: "İstənilən böhranla bacara biləcəyik” 12:08Bakıda bu klinikada 33 həkim koronavirusa yoluxdu 12:03Avropada tarix yazan məşqçilər - SİYAHI 11:58Minnətdarlıq məktubları: Cənab Prezident, hər bir vətəndaşımızı düşünərək qəbul etdiyiniz bütün qərarları dəstəkləyirik 15:02İqtisadiyyat Nazirliyindən hüquqi və fiziki şəxslərə MÜRACİƏT 14:57Yaponiyada güclü yağışlar nəticəsində ölənlərin sayı 40-a çatdı 14:53“Münasibətimiz 3 ildir davam edir” - İlqarə ilə videosu yayılan futbolçu 14:47Hovuzdan çıxıb jurnalistləri təhqir edən iş adamının oğlu HƏBS EDİLDİ 14:42Sürücülərin SMS icazəsində DƏYİŞİKLİK: Bundan sonra... 14:34Güclü istilər gözlənilir - PROQNOZ 14:27Komitə sədri “Fairmont”da dincələnlərdən DANIŞDI: “Qudurğanlıqdır” 14:19İlham Əliyevdən sahibkarlara növbəti böyük dəstək 14:06Bakıda "avtoritet"ə yas təşkil edildi - SAXLANILANLAR VAR 13:11Bakıdan insanlar bu şərtlərlə bölgələrə buraxılsın (EKSPERT) 13:06Turizmdəki itki 2,2 trilyon dollara çata bilər - Xəbərdarlıq 12:55“Virusun ağciyərə təsiri çox qorxuludur” - Alimdən XƏBƏRDARLIQ 12:50Xüsusi karantin rejimini pozan 1818 nəfər məsuliyyətə cəlb edilib 12:43Bu gün Avstriyada Formula -1 üzrə dünya çempionatının yeni mövsümünə start verilir 12:36BŞİH əməkdaşların kütləvi şəkildə koronavirus testindən keçirilməsi xəbərlərinə aydınlıq gətirdi 12:34İbrahimoviç "Milan"dan ayrılır - yeni klubu müəyyənləşdi 12:16Maşında tək olan sürücü maska taxmadığına görə cərimələnə bilər? - RƏSMİ 12:08Şabranda RƏZALƏT: Dəvəçiçay zibil içində, ətraf üfunət iyi verir 11:49190 manatın ödənişinə nə vaxtdan başlanılır? - Prezidentin köməkçisi danışır 11:38Azərbaycanda indiyədək 2,3 milyon tondan çox taxıl yığılıb 12:53Azərbaycan, Əfqanıstan və Türkmənistan prezidentlərinin videokonfrans vasitəsilə görüşü keçirilib 12:49COVID-19-dan daha təhlükəli virus ABŞ-da qorxu yaratdı 12:42Bəhram Bağırzadənin səhhəti ilə bağlı MƏLUMAT 12:35“Əl çəkin” – Messi getməyə qərar verdi 12:31Bu ticarət obyektləri barədə ciddi tədbirlər görüləcək - RƏSMİ 12:21Gizli işləyən kafe və çayxanada 13 nəfərə cərimə yazıldı 12:144 təyyarəni 34 manata satdı: tutuldu 12:08Özündən 33 yaş kiçik qadınla evləndi - 69 yaşında... 12:01Karantin rejimini pozan 824 hərəkət iştirakçısı cərimələndi - DYP 11:46Xüsusi karantin rejimi 20 iyul saat 06:00-dək uzadılır 20:59Bu şəhər və rayonlarda həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır 20:54Restoran sahibi qardaşını güllələdi 13:20Maska taxmamağa görə cərimələr iki dəfə artırıldı - Prezident təsdiqlədi 13:16İlham Əliyev Polis günü münasibətilə paylaşım etdi 13:08Maşın almaq istəyənlərə MÜHÜM XƏBƏR: Benzinin bahalaşması... 13:03Baş infeksionist: “Sərt karantin rejimi ilə bağlı qərar veriləcək” 12:58Lerikdə dəhşətli qəzada ölənlərin və yaralananların adları bilindi 11:59Ərdoğanın sosial şəbəkə ilə bağlı açıqlaması gündəm oldu 11:55Bakıda sanitar-gigiyena qaydalarını pozanlar cərimələnib 11:43Bu mallar sentyabrın 1-dək Azərbaycandan aparıla bilməz - SİHAYI 11:43Daha 3 partiya qeydiyyatdan keçdi 11:43Nazirlik: Ölkədə tibbi kadr çatışmazlığı problemi yoxdur 11:43Məsuliyyət maska taxmayanların üzərinə düşür - Əhaliyə RƏSMİ MÜRACİƏT 11:42XXI əsrin ən məhsuldar futbolçuları - SİYAHI 11:42İranda partlayış zamanı 13 nəfər ölüb 11:42Azərbaycanda yay mövsümü çox isti keçəcək - AÇIQLAMA 22:44Şəmkirdə toy etmək istəyən şəxs həbs edilib 22:40Xüsusi karantin rejimi daha iki həftə uzadıla bilər - VİDEO 22:35Ərdoğandan xalqa koronavirus çağırışı 12:54Səhiyyə Nazirliyi təcili yardıma həkim axtarır 12:48Böyük ticarət mərkəzləri və "mall"lar bu qaydalarla işləsin - DEPUTAT 12:33Millət vəkili və İcra Hakimiyyətinin başçısı vətəndaşları onlayn qəbul etdi 12:26Kamran Bayramov: Cənab Prezidentin yeritdiyi xarici siyasət beynəlxalq aləmdə Azərbaycana daha böyük nüfuz və hörmət qazandırır 12:14Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İçərişəhərdə aparılan bərpa-konservasiya işləri ilə tanış olublar 17:28Oğuzda dəhşətli hadisə: Qonşusunu bazarda güllələdi – TƏFƏRRÜAT 17:25DSMF-nin vəzifəli şəxsləri həbs edilib 17:22