28 Haz 14:03Siyasət

"Dünya müharibəsi ilə müqayisə olunan şəraitdə həmrəyliyə ehtiyac var" - Prezidentin köməkçisi

"Dünya müharibəsi ilə müqayisə olunan şəraitdə həmrəyliyə ehtiyac var" - Prezidentin köməkçisi Dünyada COVID-19 pandemiyası başlayandan bəri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası tərəfindən koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Hikmət Hacıyev deyib ki, pandemiya insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla bərabər, mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaradıb: "Dünya müharibəsi ilə müqayisə olunan COVID-19 pandemiyası şəraitində özünütəcrid və franqmentar xarakterli tədbirlər əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac var. Bu məqsədlə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri statusunda Prezident İlham Əliyevin təşəbbüsü ilə bu təşkilatın dövlət və hökumət başçıları səviyyəsində aprel ayında fövqəladə Zirvə görüşü keçirildi. Türk Şurası ilk beynəlxalq təşkilat idi ki, COVID-19-a qarşı mübarizə mövzusunda Zirvə görüşü keçirdi.
Qoşulmama Hərəkatının sədri olan Prezident İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə görüşü təşkil edildi. Bu tədbirdə Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər. Tərkibində 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisatdır".
Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan Respublikası COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırıb, 30-dan artıq dövlətə humanitar yardım göstərib.
Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamaı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürdü.
BMT Nizamnaməsinə əsasən, Baş Assambleya ehtiyac duyulduğu təqdirdə xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır. BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilib.
Təklif Nyu-Yorkda Qoşulmama Hərəkatına 120 üzv ölkə arasında yekdilliklə razılaşdırılıb. Bundan sonra Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə Baş katib Antonio Quterreşə müraciət ünvanlayıb. BMT Baş katibi mayın 28-də Baş Assambleyanın “Prosedur Qaydaları” adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni iyunun 27-nə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş edib.
Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə kifayətdir) təşəbbüsü dəstəklədiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Azərbaycan tərəfində olan rəsmi məlumatlara görə, sözügedən müddətin bitməsinə qədər 130-dək ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırıb.
Hikmət Hacıyev qeyd edib ki, BMT-nin 130-dək üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın növbəti göstəricisidir.
Təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş, kiçik ada ölkələrinə qədər var. Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında irəli sürülmüş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır.
“Azərbaycanın təşəbbüsünü dəstəkləyən bütün ölkələrə öz təşəkkürümüzü bildiririk. Hesab edirik ki, bununla həmin ölkələr BMT Nizamnaməsinə, çoxtərəfli əməkdaşlığa, multilateralizmə sadiqliklərini bir daha əyani olaraq nümayiş etdirdilər”, - deyən Hikmət Hacıyev bildirib ki, yaxın günlərdə BMT Baş katibi tərəfindən üzv dövlətlərə rəsmi qaydada məlumat verilməsi gözlənilir. Azərbaycan tərəfi ümid edir ki, xüsusi sessiya mümkün qədər tez bir zamanda təşkil olunacaq.
Prezident İlham Əliyevin irəli sürdüyü və Qoşulmama Hərəkatına üzv ölkələrin müdafiə etdiyi təşəbbüs dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul edildiyi üçün xüsusi sessiyanın keçirilməsi artıq təkcə həmin ölkələrin deyil, BMT-yə üzv olan bütün dövlətlərin ümumi məsələsinə çevrilib.
Azərbaycan Respublikası BMT Baş Assambleyasının pandemiyaya qarşı mübarizə ilə bağlı dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının təşkil olunmasına dair formatın və modallıqların müəyyənləşdirilməsi, xüsusi sessiyanın sonunda nəticələrin əldə edilməsi üçün bütün üzv ölkələrlə əməkdaşlığa hazırdır. İnanırıq ki, məsləhətləşmələr zamanı bütün üzv ölkələr maksimum çeviklik nümayiş etdirəcəklər.
Prezidentin köməkçisi deyib: “Əminik ki, xüsusi sessiya pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin tam səfərbər edilməsinə şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcək. COVID-19 pandemiyasının davam etməsi bir daha onu göstərir ki, dünya ölkələrinin dövlət və hökumət başçıları səviyyəsində dünya parlamenti adlandırılan BMT Baş Assambleyasının xüsusi sessiyası çərçivəsində təcili və təxirə salınmadan bir araya gəlməsinə, planetimizi bürüyən COVID-19 bəlasından çıxış yollarını müzakirə etməsinə və həll yollarının tapılmasına böyük ehtiyac və tələbat var. Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə Qoşulmama Hərəkatında sədrliyi dönəmində bundan sonra da multilateralizmə, dünya ölkələrinin ümumi təhdidlər qarşısında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə yönəlmiş fəaliyyətini davam etdirəcək”.
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Kim haqlıdır, şər-böhtan yoxsa, halallıq? 23:19Bakıdakı kəskin iylə bağlı RƏSMİ AÇIQLAMA 16:07Modul tipli xəstəxanaların inşası pandemiya ilə mübarizədə mühüm əhəmiyyət kəsb edir 16:01Silahlı Qüvvələrimizin şərəfinə əbədləşdiriləcək addım 12:45Bu şəxslərin işləməsinə yenidən İCAZƏ VERİLDİ - RƏSMİ 12:34Bakıda gizli işləyən çay evi: müştərilər də cərimələndi 12:30Antalyada "oğru" toplantısı: "Şakro" ilə bağlı nə qərar verildi? 12:21REJİM POZUNTUSU: daha 305 avtomobil postlardan geri qaytarıldı 12:14Prezident: "İstənilən böhranla bacara biləcəyik” 12:08Bakıda bu klinikada 33 həkim koronavirusa yoluxdu 12:03Avropada tarix yazan məşqçilər - SİYAHI 11:58Minnətdarlıq məktubları: Cənab Prezident, hər bir vətəndaşımızı düşünərək qəbul etdiyiniz bütün qərarları dəstəkləyirik 15:02İqtisadiyyat Nazirliyindən hüquqi və fiziki şəxslərə MÜRACİƏT 14:57Yaponiyada güclü yağışlar nəticəsində ölənlərin sayı 40-a çatdı 14:53“Münasibətimiz 3 ildir davam edir” - İlqarə ilə videosu yayılan futbolçu 14:47Hovuzdan çıxıb jurnalistləri təhqir edən iş adamının oğlu HƏBS EDİLDİ 14:42Sürücülərin SMS icazəsində DƏYİŞİKLİK: Bundan sonra... 14:34Güclü istilər gözlənilir - PROQNOZ 14:27Komitə sədri “Fairmont”da dincələnlərdən DANIŞDI: “Qudurğanlıqdır” 14:19İlham Əliyevdən sahibkarlara növbəti böyük dəstək 14:06Bakıda "avtoritet"ə yas təşkil edildi - SAXLANILANLAR VAR 13:11Bakıdan insanlar bu şərtlərlə bölgələrə buraxılsın (EKSPERT) 13:06Turizmdəki itki 2,2 trilyon dollara çata bilər - Xəbərdarlıq 12:55“Virusun ağciyərə təsiri çox qorxuludur” - Alimdən XƏBƏRDARLIQ 12:50Xüsusi karantin rejimini pozan 1818 nəfər məsuliyyətə cəlb edilib 12:43Bu gün Avstriyada Formula -1 üzrə dünya çempionatının yeni mövsümünə start verilir 12:36BŞİH əməkdaşların kütləvi şəkildə koronavirus testindən keçirilməsi xəbərlərinə aydınlıq gətirdi 12:34İbrahimoviç "Milan"dan ayrılır - yeni klubu müəyyənləşdi 12:16Maşında tək olan sürücü maska taxmadığına görə cərimələnə bilər? - RƏSMİ 12:08Şabranda RƏZALƏT: Dəvəçiçay zibil içində, ətraf üfunət iyi verir 11:49190 manatın ödənişinə nə vaxtdan başlanılır? - Prezidentin köməkçisi danışır 11:38Azərbaycanda indiyədək 2,3 milyon tondan çox taxıl yığılıb 12:53Azərbaycan, Əfqanıstan və Türkmənistan prezidentlərinin videokonfrans vasitəsilə görüşü keçirilib 12:49COVID-19-dan daha təhlükəli virus ABŞ-da qorxu yaratdı 12:42Bəhram Bağırzadənin səhhəti ilə bağlı MƏLUMAT 12:35“Əl çəkin” – Messi getməyə qərar verdi 12:31Bu ticarət obyektləri barədə ciddi tədbirlər görüləcək - RƏSMİ 12:21Gizli işləyən kafe və çayxanada 13 nəfərə cərimə yazıldı 12:144 təyyarəni 34 manata satdı: tutuldu 12:08Özündən 33 yaş kiçik qadınla evləndi - 69 yaşında... 12:01Karantin rejimini pozan 824 hərəkət iştirakçısı cərimələndi - DYP 11:46Xüsusi karantin rejimi 20 iyul saat 06:00-dək uzadılır 20:59Bu şəhər və rayonlarda həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır 20:54Restoran sahibi qardaşını güllələdi 13:20Maska taxmamağa görə cərimələr iki dəfə artırıldı - Prezident təsdiqlədi 13:16İlham Əliyev Polis günü münasibətilə paylaşım etdi 13:08Maşın almaq istəyənlərə MÜHÜM XƏBƏR: Benzinin bahalaşması... 13:03Baş infeksionist: “Sərt karantin rejimi ilə bağlı qərar veriləcək” 12:58Lerikdə dəhşətli qəzada ölənlərin və yaralananların adları bilindi 11:59Ərdoğanın sosial şəbəkə ilə bağlı açıqlaması gündəm oldu 11:55Bakıda sanitar-gigiyena qaydalarını pozanlar cərimələnib 11:43Bu mallar sentyabrın 1-dək Azərbaycandan aparıla bilməz - SİHAYI 11:43Daha 3 partiya qeydiyyatdan keçdi 11:43Nazirlik: Ölkədə tibbi kadr çatışmazlığı problemi yoxdur 11:43Məsuliyyət maska taxmayanların üzərinə düşür - Əhaliyə RƏSMİ MÜRACİƏT 11:42XXI əsrin ən məhsuldar futbolçuları - SİYAHI 11:42İranda partlayış zamanı 13 nəfər ölüb 11:42Azərbaycanda yay mövsümü çox isti keçəcək - AÇIQLAMA 22:44Şəmkirdə toy etmək istəyən şəxs həbs edilib 22:40Xüsusi karantin rejimi daha iki həftə uzadıla bilər - VİDEO 22:35Ərdoğandan xalqa koronavirus çağırışı 12:54Səhiyyə Nazirliyi təcili yardıma həkim axtarır 12:48Böyük ticarət mərkəzləri və "mall"lar bu qaydalarla işləsin - DEPUTAT 12:33Millət vəkili və İcra Hakimiyyətinin başçısı vətəndaşları onlayn qəbul etdi 12:26Kamran Bayramov: Cənab Prezidentin yeritdiyi xarici siyasət beynəlxalq aləmdə Azərbaycana daha böyük nüfuz və hörmət qazandırır 12:14Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İçərişəhərdə aparılan bərpa-konservasiya işləri ilə tanış olublar 17:28Oğuzda dəhşətli hadisə: Qonşusunu bazarda güllələdi – TƏFƏRRÜAT 17:25DSMF-nin vəzifəli şəxsləri həbs edilib 17:22