25 Haz 14:11Siyasət

Milli Məclisin növbədənkənar sessiyasıının növbəti iclası keçirildi

Milli Məclisin növbədənkənar sessiyasıının növbəti iclası keçirildi İyunun 25-də Milli Məclisin növbədənkənar sessiyasıının növbəti iclası keçirildi. Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki, bu gün çox dəyərli həmkarımız, Azərbaycanda iqtisad elminin inkişafında böyük xidmətləri olan akademik Ziyad Səmədzadənin 80 yaşı tamam olur.Möhtərəm Prezidentimiz İlham Əliyev akademik Ziyad Səmədzadəni birinci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etmişdir.Bu təkcə Ziyad müəllim üçün deyil, həm də bütövlükdə Milli Məclis üçün sevindirici hadisədir.Bu münasibətlə hörmətli həmkarımızı təbrik edir, fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.
Çıxış edən deputat Ziyad Səmədzadə ona göstərilən diqqətə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirdi.Ziyad Səmədzadə Milli Məclisin Sədri Sahibə Qafarovanı əmin etdi ki, bundan sonra da Azərbaycanda iqtisad elminin daha da inkişafı üçün əlindən gələni əsirgəməyəcəkdir.Onun çıxışı alqışlarla qarşılandı.
Sonra gündəliyin birinci məsələsi -Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi üçüncü oxunuşda təqdim olundu. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə bildirdi ki, bu dəyişikliklər ölkə Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə əlaqədardır. Belə ki, ədalət mühakiməsinin əlçatanlığını və şəffaflığını daha da artırmaq məqsədilə məcəlləyə bir sıra dəyişikliklər təklif olunur.Bu dəyişikliklər “Elektron məhkəmə” informasiya sisteminin tətbiqini, müasir informasiya-kommunikasiya texnologiyalarının üstünlüklərindən istifadə edilməklə, xüsusi hallarda cinayət prosesinin videokonfrans vasitəsilə davam etdirilməsini təmin edən yeni maddələrin əlavə edilməsini, həmçinin bu sahədə müasir informasiya vasitələrinin tətbiqini nəzərdə tutur.
Dəyişikliklər səsə qoyularaq üçüncü oxunuşda qəbul olundu.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov “Dövlət rüsumu haqqında” qanuna (üçüncü oxunuş) təklif olunan dəyişikliklərlə əlaqədar məlumatında bildirdi ki, sənəd “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda dəyişiklik edilməsi barədə” 27 iyun 2019-cu il tarixli qanuna uyğunlaşdırma məqsədi daşıyır. Layihədə tibb müəssisələrinin akkreditasiyası ilə bağlı dövlət rüsumlarının məbləği müəyyən edilib.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edildi.
Sonra Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” (ikinci oxunuş) qanunda dəyişiklik edilməsi barədə məlumat verdi. Deputat bildirdi ki, təklif olunan dəyişikliklər bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən bələdiyyələrin yol verdiyi pozuntularla yanaşı, onları yaradan səbəb və şəraitin aradan qaldırılmasını, bələdiyyə aktlarına 15 iş günü müddətində baxılmasını, inzibati nəzarət icraatı zamanı dövlət orqanları və qurumlarına sorğuların göndərilməsini və məlumatların alınmasını, habelə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın apardığı araşdırma zamanı bələdiyyələrin vəzifəli şəxslərindən, bələdiyyə qulluqçularından yazılı məlumatlar və arayışlar almaq hüququnun verilməsini nəzərdə tutur. Bu dəyişikliklər orqanın fəaliyyətinin təkmilləşdirilməsi, inzibati nəzarət icraatının daha səmərəli, dolğun və hərtərəfli şəkildə həyata keçirilməsi üçün şərait yaradacaqdır.
Layihə ikinci oxunuşda təsdiq edildi.
Sonra Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “İcra məmurları haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) sənədi təqdim etdi. Bildirildi ki, 2017-ci il 10 fevral tarixində Ədliyyə Nazirliyinin tərkibində Probasiya Xidməti yaradılmışdır və bu xidmətin vəzifəsi cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına nəzarəti təşkil etməkdən ibarətdir. Bu məqsədlə cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin müəyyən faizinin Ədliyyə Nazirliyinin hesabına köçürülməsi təklif olunur.Qeyd edildi ki, müvafiq dəyişiklik xidmət əməkdaşlarının maddi və sosial müdafiəsinin gücləndirilməsi, habelə, xidmətin maddi-texniki təminatının yaxşılaşdırılması üçün nəzərdə tutulub.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edildi.
Daha sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər haqqında (ikinci oxunuş) məlumat verdi. Komitə üzvü qeyd etdi ki, təklif olunan dəyişikliklər “Telekommunikasiya haqqında” qanuna əsasən telekommunikasiya operatorları və provayderlər tərəfindən hüquq mühafizə orqanlarının sorğularına cavabların gecikdirilməsinə və tələb olunan məlumatların təqdim edilməməsinə görə tətbiq ediləcək cərimələr məbləğini və inzibati məsuliyyət növlərini özündə ehtiva edir.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edildi.
Sonra Kamal Cəfərov Cəzaların İcrası, Cinayət və İnzibati Xətalar məcəllələrinə təklifedilən dəyişiklikləri (ikinci oxunuş) şərh etdi. Deputat bildirdi ki, dəyişikliklər Ədliyyə Nazirliyinin Probasiya xidmətinin daha geniş tətbiqi məqsədi ilə aparılıb. Belə ki, barəsində ictimai cəza və inzibati tənbeh qərarı çıxarılmış şəxslər də elektron nəzarət vasitəsi gəzdirəcək. Məhkəmə tərəfindən ictimai işlərə məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edildi.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Telekommunikasiya haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədi (ikinci oxunuş) təqdim etdi. Bildirildi ki, qanunda “az” ölkə kodlu, yüksək səviyyəli domen adlarının tənzimlənməsinə dair müddəalar nəzərdə tutulmuşdur.Birinci oxunuşdan sonra layihəyə təkliflər daxil olmamışdır.
Sonra qanun layihəsi ikinci oxunuşda təsdiq edildi.
Gündəliyin növbəti dörd məsələsi bir zərfdə daxil olduğuna görə,
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir MirkişiliVergi Məcəlləsinə, “Notariat haqqında”, “Sosial sığorta haqqında” və “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanunlara təklif olunan dəyişikliklər barədə (birinci oxunuş) məlumat verdi. Bildirdi ki, bu dəyişikliklər elektron icra, elektron notariat və elektron məhkəmə informasiya sistemlərinin genişləndirilməsi və bu sistemlər arasında məlumat mübadiləsinin labüdlüyü ilə bağlıdır.
Sonra hər dörd qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edildi.
Daha sonra Milli Məclis Sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli məlumat verdi ki, gündəliyə birinci oxunuşda daxil edilmiş növbəti 3 məsələ parlamentə bir zərfdə təqdim olunub.
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Qrant haqqında” qanunlara təklif edilən dəyişikliklər həm uyğunlaşdırma, həm də rəqəmsal texnologiyanın inkişafı nəticəsində elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsi,həmçinin “Elektron imza və elektron sənəd haqqında” qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının elektron sistemindən istifadə zamanı sənədlərin əldə edilməsinin asanlaşdırılmasını məqsədini daşıyır.
Sonra hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edildi.
İclasın sonunda Milli Məclisin Sədri Sahibə Qafarova 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə təbriklərini çatdırdı.Bildirdi ki, Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə Azərbaycan Silahlı Qüvvələri son illərdə çox böyük inkişaf yolu keçib.Həyata keçirilən geniş miqyaslı islahatlar nəticəsində ordumuzun maddi-texniki təchizatı gücləndirilib, döyüş qabiliyyəti və peşəkarlığı yüksəlib.Bu gün Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır və qarşısında duran istənilən vəzifəni icra etməyə qadirdir.Biz 2016-cı ilin şanlı aprel zəfərində bir daha bunun şahidi olduq. Azərbaycan xalqı ordumuza böyük inam və rəğbət bəsləyir, haqlı olaraq qürur duyur.
Çıxışının sonunda Milli Məclisin Sədri bir daha Silahlı Qüvvələr Günü münasibətilə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə Silahlı Qüvvələrin bütün şəxsi heyətinə, xalqımıza və deputatlara təbriklərini çatdırdı.
Bununla da Milli Məclisin iclası başa çatdı.
Milli Məclisin növbədənkənar sessiyasıının növbəti iclası keçirildi
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Deputat İqbal Məmmədov: “Düşmən əmin olsun ki, şəhidlərimizin qanı heç vaxt yerdə qalmayacaq” 19:18“Tovuz” Xeyriyyə Cəmiyyətinin Ağsaqqallar Şurası və İdarə Heyətinin üzvlərinin tovuzlulara MÜRACİƏTİ 19:14Baş verən təxribatlar düşmən ölkəyə növbəti “dərs oldu” 19:05İƏT PA Baş katibi Ermənistanın Azərbaycana qarşı təcavüzünü qınayan bəyanat verib 18:48Milli Məclis Sədrinin müavini Adil Əliyev: “Məğlubiyyət Ermənistan tərəfinin taleyidir!” 18:41Milli Məclisinin sədri Sahibə Qafarova Altınbek Mamayusupova, Qabriela KuevasBarrona, Valentina Matviyenkoya müraciətlər ünvanlayıb 18:31“AZƏRENERJİ” DAHA BİR ƏHƏMİYYƏTLİ LAYİHƏ REALLAŞDIRIR 12:51Ərdoğan Roma Papasını kədərləndirdi 12:45Ermənilər Tovuzun kəndlərini yenidən atəşə tutub 12:41Düşmənə SİRR VERMƏ! 12:38Futbol oynayan 25 nəfər cərimələndi 12:33Pakistandan Ermənistana SƏRT BƏYANAT 12:30Azərbaycanda növbəti buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulur 12:17Bakıda itkin düşən gənc qadın Türkiyədə tapıldı 12:14Namiq şou əhlini qınadı:"Camaata qıcıq verirsiniz" 12:11Ermənilər daha bir kəndimizi artilleriya atəşinə tutub 12:05Azərbaycanda bu mağazalarda qanunsuzluqlar aşkar edildi - SİYAHI 12:01Himayədarlığın, qayğıkeşliyin mükəmməl örnəyi 11:53Tarixi dönüşün böyük uğurları 11:45MN: Düşmənin bir neçə hərbi obyekti və texnikası darmadağın edilib 21:50Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirildi 16:29"Hazırda döyüş bölgəsində ara-sıra qarşılıqlı artilleriya zərbələri endirilir" - RƏSMİ 13:34MN: Azərbaycan Ordusunun baş leytenantı şəhid olub, düşmən itkilərini gizlədir 13:29Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan-Ermənistan sərhədində baş verənlərdən danışdı 13:18"Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib" - MN sözçüsü 13:14"Azərbaycan Ordusu bu təxribata yaxın günlərdə daha ağır zərbə ilə cavab verməlidir" - DEPUTAT 13:08Xüsusi Sessiyanın qəbul edəcəyi qərarlar pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyəti səfərbər edəcək 18:59Nazirlik bəzi şəxslərin 190 manat almaması ilə bağlı suallara aydınlıq gətirdi 15:29Saatlıda su problemi yaşanır - VİDEO 15:26Türkiyədə ən hündür körpünün açılışı olub 15:21Sevgilisini döyən məşhur aktyordan İLK AÇIQLAMA: “Layiqdir” 15:17Ucar sakininin döyülərək öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb 15:14Şəhriyar Məmmədyarov “Qrossmeysterlərin döyüşü” turnirində qələbə qazanıb 15:10Bakıda mobil polis postları qurulub, küçələrdə nəzarət gücləndirilib 15:06XİN: Bölgədə artan gərginliyin məsuliyyəti bilavasitə işğalçı Ermənistanın üzərindədir 15:03Heydər Əliyev Fondu daha bir şəhid ailəsinə dəstək oldu 14:59Tibb müəssisələrinə koronavirusla bağlı erkən müraciətlər artıb 14:46Son ümid yerinin bir ünvanı var: Heydər Əliyev Fondu - Mehriban xanım Əliyeva - deputat Nəsib Məhəməliyev 00:21Azərbaycan “davamlı inkişaf məqsədləri indeksi”nə görə dünyada hər üç ölkədən ikisini qabaqlayıb 20:31Kənddə qətl: əmisini baltaladı 16:02Daha bir icra başçısı tutduğu vəzifədən azad edildi 15:57Konsul barədə həbs qətimkan tədbiri seçildi - YENİLƏNİB 15:5330 min manatdan çox olan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlanacaq 15:48Bakıda yeniyetmə bankomatdan 5 547 manat pul çıxardaraq oğurladı 15:44İraqın şimalında 8 PKK terrorçusu məhv edilib 15:39Əlilliyi olan şəxslərin əmək hüquqlarını pozan işəgötürənlər cərimələnəcək 15:35Jalə Əliyeva Meksika Birləşmiş Ştatları Senatının Azərbaycanla dostluq qrupunun rəhbəri Aqustin Qarsiya Rubio ilə onlayn görüş keçirib 13:15Qənirə Paşayeva COVİD-19-la mübarizədə Azərbaycanın yerli və beynəlxalq səviyyədə gördüyü işlərdən danışıb 13:07Saxta spirtli içki hazırlayan şəxslər həbs edildi 08:14Bu rayona istirahətə gələnlər cəzalandırıldı 08:07Prezident Bakıda yarımstansiyasının açılışında iştirak edib 08:02Sonuncu patron, sağkən bayrağa bükülən komandir, qeybə çəkilən əfsanə... – Şəhid əmanəti 07:57Saxta tibbi arayış verən həkimlərlərlə bağlı cinayət işi başlandı 07:50Dopinq qalmaqalı azərbaycanlı atleti London Olimpiadasında bir pillə yüksəltdi 07:41Bu gün 41 şəhər və rayonda qəbul imtahanları keçirilir 07:30Xocalı-Srebrenitsa faciələri daim dərin ehtiramla anılacaqdır 19:06Deputatı İltizam Yusifovun seçiciləri ilə bu dəfəki görüşü onlayn şəkildə baş tutub 19:01Мы всегда будем поминать трагедии в Ходжалы и Сребренице с чувством глубокого почтения 18:56Prezident İlham Əliyev problemləri həll etmək istəyir və açıq bəyan edir ki, heç bir kənar qüvvə Azərbaycana təzyiq edə bilməz 18:52"Yaxşı olar ki, hər birimiz vətəndaş məsuliyyətimizi artıraq" ÖZƏL-MÖVQE 01:01Biz doğru olan Ermənistan–Azərbaycan müharibəsi ifadəsini işlətməliyik 00:58Bu şəxsiyyətlər qurucudir, adlarını silinməmək şərti ilə tarixə yazıblar. 00:48ATƏT-in Minsk Qrupu tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə əməli addımların atılmasının zamanıdır 21:31Dünyanın ən qəddar türməsindən qaçan azərbaycanlı: Bəxtiyarı necə tapmalı? 12:27Elza Seyidcahan efirə bu halda çıxdı - Başına nələr qoymadı 12:22İlham Əliyevlə BMT-nin Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub 12:19İlham Əliyev: “Heç kimin Aprel döyüşləri yadından çıxmasın” 12:16Afina "kəşfiyyatçısı" - Fuad Aslanov 12:08