07 Tem 16:01Səhiyyə

Modul tipli xəstəxanaların inşası pandemiya ilə mübarizədə mühüm əhəmiyyət kəsb edir

Modul tipli xəstəxanaların inşası pandemiya ilə mübarizədə mühüm əhəmiyyət kəsb edir Anar MƏMMƏDOV
Milli Məclisin deputatı


Yayılma sürəti get-gedə artan və daha çox insanı öz cənginə alan СOVID - 19 pandemiyası dünyanı qorxuya salmağa davam edir. Dünya tərəfindən ən güclü olaraq qəbul edilən dövlətlər belə pandemiya qarşısında tab gətirməkdə çətinlik çəkir. İndiyədək ən çox ölüm hallarının ABŞ, Braziliya, Böyük Britaniya, İtaliya və Fransa kimi iri həcmli iqtisadiyyata malik ölkələrdə qeydə alınması da vəziyyətin ciddiliyi ilə bağlı bir daha işarə verir. Pandemiyanın ilk dəfə özünü göstərdiyi Çin Xalq Respublikasından digər ölkələrə yayılmağa başladığı vaxtda hər bir ölkə təşvişə qapılaraq özünü qoruma prinsipini üstün tutmağa cəhd etdi. Vəziyyət hətta o həddə çatdı ki, dünya ölkələri arasında biri digərinin pandemiyaya qarşı mübarizə vasitələrini mənimsəyir, təyyarə limanlarında digər ölkə nümayəndələrinin maskalarını və ya qoruyucu vasitələrini müsadirə etmək kimi hadisələr baş verirdi. Bunlar onu göstərir ki, dünya hər nə qədər inkişaf etsə də hələ də belə bir vəziyyətə hazır deyil. Hər gün orta hesabla 160 min nəfər bu virusa yoluxur, vəfat edənlərin sayı da durmadan artır. Belə bir şəraitdə aydındır ki, özünəqapanma və əlahiddə mübarizə aparmaq heç bir ölkə üçün effekt verməyəcək. Hər bir dünya dövləti üçün pandemiyadan tək çıxış yolu birgə mübarizə aparmaq, multilateralizm prinsipinə uyğun hərəkət etməkdir.
Artıq aylardır ki, COVID-19 pandemiyasının ölkə ərazisində geniş yayılmaması üçün dövlətimiz tərəfindən ciddi tədbirlər görülür. Xüsusilə ixtisaslaşmış xəstəxanaların ən müasir tibbi avadanlıqlarla təchizatı və yeni modul tipli xəstəxanaların inşası bu bəlaya qarşı mübarizədə əsas faktordur. İyulun 6-da Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 5 modul tipli xəstəxanadan sonra 800 çarpayılıq yeni xəstəxananın açılışı oldu. Koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün hər cür şəraitin yaradılması və qısa bir zamanda modul tipli xəstəxanaların istifadəyə verilməsi, növbəti bir ay yarım ərzində 1300 xəstənin qəbulunu nəzərdə tutan daha bir modul tipli xəstəxananın inşası, eyni zamanda əlavə olaraq daha on modul tipli xəstəxananın tikintisinin nəzərdə tutulması seytnot vəziyyətdə belə hökumətimiz tərəfindən lazımı addımların atılmasının bariz nümunəsidir. Bu, COVID -19 pandemiyasının ölkəmizdə yayılması ilə mübarizədə olduqca mühüm əhəmiyyət kəsb edir. Bundan sonra da quraşdırılması nəzərdə tutulan modul tipli xəstəxanalar ilə ölkənin səhiyyə sisteminin əlavə 5 mindən çox çarpayılıq ehtiyatı yaranacaq. Burada əsas məqsəd koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi əlaqələndirməni təmin etməkdir.
Açılışda çıxış edən ölkəmizin başçısı bildirdi ki, koronavirusla mübarizədə, əlbəttə ki, əsas yük Azərbaycan dövlətinin üzərinə düşür. Bəli, Azərbaycan dövləti əlindən gələni edir ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək. Görülmüş bütün tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığı dayanır və qabaqlayıcı tədbirlər nəticəsində bu gün vəziyyət tam nəzarət altındadır.
Məlumdur ki, hazırkı vəziyyətdə ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar. Bu xəstəxanaların 36-sı son zamanda inşa olunmuş, "Yeni klinika"da isə təxminən 700 yerin yaradılması imkan verəcək ki, koronavirusa yoluxmuş insanların rahat müalicəsi həyata keçirilsin. Koronavirus pandemiyasına qarşı mübarizədə müasir laboratoriyaların fəaliyyəti də bu bəlaya qarşı önləyici tədbirlərin görülməsində mühüm şərtdir. Bu gün ölkəmizdə pandemiya ilə mübarizə üçün 29 laboratoriya mövcuddur. Yaxın günlərdə ölkəmizə əlavə 15 laboratoriyanın da gətirilməsi nəzərdə tutulur ki, bununla da ümumi laboratoriyaların sayı 44-ə çatacaq.
Regionun və dünyanın təcrübəsi göstərir ki, infeksiyanın sürətlə yayılması və pik həddə doğru hərəkət etməsi bir çox obyektiv və subyektiv amillərlə bağlıdır. Hər bir ölkə və region üçün bu hal spesifikdir. İndi dünyada bir çox ölkələr - Çin, Hindistan, İsrail, Almaniya, İspaniya yenidən məhdudlaşdırıcı tədbirlərə qayıdırlar. Hətta ölkəmizlə əhalisi eyni olan bəzi inkişaf etmiş ölkələrdə yoluxanların sayı 60-70 mindir, ölənlərin sayı isə 10 mini ötüb. Bu dəhşətli pandemiyanın Azərbaycanda arzuolunmaz fəsadlar yaratmaması, xəstəliyin ölkə ərazisində geniş yayılmaması üçün dövlətimiz tərəfindən ciddi tədbirlər görülür. Bütün bunların isə bir məqsədi var idi - ölkə əhalisini pandemiyadan qorumaqla dövlətimizi bu bəladan ən az zərərlə çıxarmaq. Hər birimizin qarşısında bir tələb var: Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə, gigiyenik qaydalara riayət etmək, məsafə saxlamaq və qapalı şəraitdə tibbi maskadan və digər qoruyucu vasitələrdən yararlanmaq.
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Hikmət Hacıyev: Biz Paşinyanın özünü komik vəziyyətə salmasının Münhendə Prezident İlham Əliyevlə debatı zamanı da şahidi olmuşduq 14:13İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib 14:09“Barselona”nın baş məşqçisi o ola bilər 14:01Bir nəfərə zor tətbiq edib bunu lentə alan qrup saxlanıldı 13:56Bu obyektlərə gedənlərin NƏZƏRİNƏ: cərimələr tətbiq olunacaq 13:45Xaricdən gələn tibbi mütəxəssislərə nə qədər pul verilir? - TƏBİB-dən AÇIQLAMA 13:39Toylara icazə verilməməsinin səbəbi açıqlandı - RƏSMİ 13:35"Məktəblərin açılmaması üçün müraciət edən valideynlər var" - Qərargah 13:30"Muzdlu işçilərə dəstək veriləcək" - RƏSMİ 13:26Aşura günü məscidlərdə qanvermə aksiyaları keçirilməyəcək - TƏBİB 13:22Paşinyan məğlub tərəf olmasını artıq özü də qəbul edib 13:16Başına yarım milyon pul qoyulan terrorçu məhv edildi - TÜRKİYƏDƏ 16:36Nişan mərasimi keçirənlərin işi məhkəməyə göndərildi 16:32Həbib Nurməhəmmədov karyerasını başa vurmağı düşünüb 16:29Ombudsmanın nümayəndələri həbsdə olan AXCP üzvlərinə baş çəkib 16:25Paşinyan BBC-nin efirində pis vəziyyətə düşüb 16:22Yaponiyada avqustda istivurmadan azı 26 nəfər ölüb 13:496 ayda ev şəraitində 83 uşaq doğulub 13:46İcra nüməyəndəsinin cinayət işi məhkəməyə göndərildi 13:41Brayza: Ermənistana hərbi texnika tədarük etməklə Rusiya ATƏT Minsk qrupunun həmsədri qismində etimadı itirir 13:37Azərbaycanda ali məktəblə peşə məktəbinin birgə kampusu yaradılacaq 13:35Azərbaycanda 500 min hektara qədər torpaq sahəsinin şoranlaşma təhlükəsi yaranıb 11:43"Leypsiq" Çempionlar Liqasının yarımfinalına keçid qazanıb 11:40Onlar İnstaqramdan nə qədər qazanırlar? - Siyahı 11:36Azərbaycanda “Wi-Fi” təhlükəsizliyi ilə bağlı insidentlərin sayında kəskin artım var - Nazirlik 11:22Atambayevin həbs qərarı qüvvədə saxlanıb 11:17İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb 11:13Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətləri dərin tarixi köklərə əsaslanır - Afət Həsənova 11:08Bu fənlər üzrə müəllim işləmək istəyənlər üçün imtahanların TARİXLƏRİ açıqlandı 11:03Sabahdan Bakıda ictimai nəqliyyatın hərəkəti dayandırılır 10:59Səfir Eldar Həsənov tutulub - DTX 10:52Sabah yağış yağacaq - 14 avqustda gözlənilən hava şəraiti 14:21DSMF-in vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair cinayət işi məhkəməyə göndərilib 14:17"Nə məni kimləsə tutublar, nə də yatağıma kimisə salmışam" 14:09Ötən ay bu məhsullar ucuzlaşıb 13:13İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılacaq - TARİX AÇIQLANDI 13:094 minədək sakin meşə yanğınlarına görə evlərini tərk etdi 12:33Koronavirus xəstəsi Bakıdan getmək istədi 12:09“Qarabağ”ın keçmiş qapıçısı Türkiyə klubunda 12:05Obyekt tikmək üçün sərv ağaclarını doğradı 12:01İlham Əliyev Vladimir Putinə zəng edib 11:55“Lotu Quli”nin adamları bu ölkədə həbs olundu 11:49Azərbaycan və Türkiyə müdafiə nazirləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdilər 11:39Stalin Rəsulzadəni bu yolla qaçırdı - REPORTAJ 11:34Onlar yüksək bal topladılar 11:19Azərbaycanın neft-qaz strategiyası möhkəm dayaqlara əsaslanır 14:23Sabah bu rayonlarda yağış, dolu gözlənilir - PROQNOZ 13:51“Barselona”nın futbolçusu koronavirusa yoluxdu 13:48Minik maşını traktora çırpıldı: ölən var 13:45Bakının qızıl bazarı: Toy yox, alıcı yox...amma qiymət qalxır 13:42Sosial şəbəkələrdəki işgəncə fotoları ilə bağlı daha bir RƏSMİ MƏLUMAT 12:26Qəbul imtahanında iştirak edə bilməyənlərin NƏZƏRİNƏ 12:20"Qalatasaray" sabiq futbolçusunu qaytardı 12:17"Bəzi şəxslər Nəcməddin Sadıkova qarşı kampaniyanın önündə gedir" - MN 11:53Tanınmış jurnalist vəfat etdi 11:47Trampın brifinqində "silahlı" insident: dərhal güllələndi 11:42“Canavar” ləqəbli narkotacir saxlanıldı 11:37Ramiz Alıyev: “Polisə qarşı qarayaxmaları “5-ci kalon” idarə edir” 11:32Cavid Zeynallının kitabı Türkiyədə çap olundu 11:27Dərslərə yalnız bu halda başlamaq olar - BAŞ İNFEKSİONİST 11:14"İmişli uzun illərdir problemlər içində çabalayır" 10:53"Deyirlər, yaşın keçib, qocalmısan" - Xalq artisti 14:13Şəbnəmin 22 yaşlı xalası oğlu özünü asıb: "Borcu var imiş" 14:07Rusiyada dərslər bu tarixdə başlayacaq 13:48Keçmiş futbolçu meydanda hakimi döydü 13:42"Qarabağ münaqişəsinin həlli yolları bəllidir" - Ceyhun Bayramov 13:39"Həmsədrlər münaqişənin həlli üçün səmimi səy göstərmirlər” - Çavuşoğlu 13:36Restoran və kafelərin fəaliyyəti üçün YENİ QAYDALAR 13:34